Sumqayıtda yaşayış binası qəzalı vəziyyətdədir. Sumqayıt24 bu haqda 25 sentyabr tarixində xəbər verir.
17-ci mikrorayonda yerləşən 37 nömrəli binada böyük çatlar yaranıb. Şikayətçilər iddia edirlər ki, sözügedən çatlar zaman keçdikcə daha da genişlənir. İnsanlar evlərinin hər an çökə biləcəyindən qorxurlar.
Qeyd edək ki, sözügedən binada şəhidlərin - Eldar Abdullayev və Nicat Nəbiyevin ailələri yaşayırlar.
[modula id="42801"]