Sumqayıtdan olan şəhid Rövşən Təhməzovun doğum günüdür. O, 15 may 1997-ci ildə anadan olub.
Vətən müharibəsinə könüllü qatılan Rövşən Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin sərəncamları ilə şəhidimiz "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.