Sumqayıtda səhiyyə işçiləri qazi Ədalət Məmmədovun və şəhid Eldar Abdullayevin ailələrini ziyarət ediblər. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Ziyarətdə 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin əməkdaşları iştirak ediblər. Görüş zamanı qonaqlar Vətən müharibəsi şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin səhhəti ilə yaxından maraqlanıb və onlarla həmsöhbət olublar.