Sumqayıtda yeniyetmə qız faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda 19 oktyabr tarixində Sumqayıt24 Sumqayit.tv-yə istinadən məlumat verir.
16 yaşlı Ramilə Həsənova səhvən sirkə turşusu içib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.