Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
Qafqazinfo.az-ın məlumatına görə, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.
Artıq piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.