Saray qəsəbəsində köməkçi tikilidə yanğın baş verib.
Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 20 kv.m. olan tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.