Saray qəsəbəsidə köməkçi tikilidə yanğın baş verib. Bu haqda 5 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 50 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. FHN-in əməkdaşları tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov söndürülüb.