Saray körpüsünün yaxınlığında bədbəxt hadisə baş verib.
Musavat.com-un məlumatına görə, içkili vəziyyətdə olan 56 yaşlı Baxış Kərimov körpünün yaxınlığı ilə gedərkən dərəyə yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım xidməti gəlib və xəsarət alan B.Kərimov xəstəxanaya aparılıb. Ona döş qəfəsinin səthi travması diaqnozu qoyulub.