Sumqayıtda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa nəzərdə tutulandan çox sərnişin minib. Nəticədə nəqliyyat vasitəsinin bir tərəfi əyilib və təkəri tüstülənməyə başlayıb. Buna baxmayaraq, sürücü hərəkəti davam etdirib.
Sərnişinlərin sözlərinə görə, sözügedən xətdə əksər avtobuslar baxımsız vəziyyətdədir.