Sumqayıt Dövlət Universitetdə (SDU) “Demokratik cəmiyyətdə prokurorluğun rolu” mövzusunda tədbir keçirilib. Bu haqda 19 may tarixində Sumqayıt24 xəbər verir.
Ali təhsil müəssisəsinin akt zalında keçən tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı, Sumqayıt şəhər prokuroru Baş Ədliyyə müşaviri Mürvət Həsənov, prokurorun böyük köməkçiləri Elviz Salayev və Ramiz Ağazadə iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər prokurorluğun yaranma tarixi, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Sonda isə mövzu ilə əlaqədar tələbələri maraqlandıran suallar cavablandırılıb.