Sumqayıt Dövlət Universitetində (SDU) “Açıq qapı” günü keçirilib. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
Şəhərimizdə yerləşən məktəblərin yuxarı sinif şagirdləri universitetdə olublar. Onları Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov qəbul edib. Bildirilib ki, ekskursiyalar vasitəsilə şagirdlər ixtisas seçimini müəyyənləşdirir, gələcəkdə hansı təhsil müəssisəsinin tələbəsi adını qazanmaq qənaətinə gəlir, seçdikləri ixtisasların əmək bazarında yerini təyin edirlər.
Onlar təhsil ocağının perspektivləri və üstünlükləri barədə məlumatlandırılıblar. Sonra şagirdlər universitetin tədris binalarını gəzib, Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələrdə, auditoriyalarda, laboratoriyalarda, Elmi kitabxana və tədris otaqlarında, idman zalında olublar.