Artıq bir müddətdir ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası həyata keçirilir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və şöbənin aparıcı məsləhətçisi Xanım Quliyeva Təhsil.biz-ə bildiriblər ki, Sumqayıt Dövlət Universiteti (SDU) daxil bir neçə təhsil ocağında təkrar akkreditasiya keçirilib.
Qeyd edək ki, akkreditasiya ali təhsil müəssisəsinin (ATM) dövlət standartlarına və digər normativ aktlara uyğun kadr hazırlığını ölçən alətdir. Dövlətin verdiyi mandat əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) müəyyən etdiyi müvafiq Akkreditasiya komissiyası tərəfindən 5 ildən bir 7 istiqamət, 30 meyar, 271 indikator üzrə dəyərləndirilir.