Sumqayıt Dövlət Universitetinin (SDU) Filologiya fakültəsində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, "Hər addımında sağlamlığı seç" adlı tədbirdə universitet əməkdaşları və tələbələrlə yanaşı, tanınmış narkoekspert Emil Maqalov da iştirak edib.
Çıxış edən ekspert narkomaniyanın səbəbləri və onun psixoloji fəsadları haqqında iştirakçılara məlumat verib. Sonda narkotikdən əziyyət çəkmiş insanların həyat hekayələrini əks etdirən videoçarx nümayiş etdirilib.