Sumqayıt Dövlət Universitetində (SDU) “Sağlam gələcək naminə narkomaniyaya yox deyək "adlı maarifləndirici tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, çıxışlarda “ağ ölüm” kimi tanınan narkotik vasitələrin zərərindən, asılılığından, həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışılıb. Eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili, idmanla məşğul olmaları üçün ali təhsil müəssisəsində əlverişli şəraitin yaradıldığı vurğulanıb. Sonda mövzuya aid videoçarx nümayiş olunub.