top
SDU ilə SOCAR Polymer əməkdaşlığı dərinləşdirir
21 iyul 2026, 09:57
- +

SDU ilə SOCAR Polymer əməkdaşlığı dərinləşdirir

Sumqayıt Dövlət Universitetində rektor, professor Nurəli Yusifbəyli ilə SOCAR Polymer MMC-nin baş direktoru Fuad Əhmədov arasında görüş keçirilib.

Sumqayit24.az xəbər verir ki, görüşdə ali təhsil ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsi, innovasiya yönümlü tərəfdaşlıq, tələbələrin istehsalat təcrübəsinin artırılması, birgə elmi-tədqiqat layihələri, sənaye mütəxəssislərinin tədris prosesinə cəlb olunması, seminar və təlimlərin təşkili müzakirə edilib.

Rektor Nurəli Yusifbəyli bildirib ki, SDU-nun sənaye mərkəzində yerləşməsi təhsil, elm və istehsalatın inteqrasiyası üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasında əsas amildir.

Qeyd olunub ki, yeni tədris ilindən SDU ilə SOCAR Polymer arasında əməkdaşlığın yeni mərhələyə keçməsi planlaşdırılır. Prioritet istiqamətlər sırasında tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması, birgə innovasiya layihələri, istehsalat təcrübəsinin genişləndirilməsi, daha çox tələbənin müəssisədə təcrübə keçməsi və yuxarı kurs tələbələrinin tədrisinin bir hissəsinin istehsalat sahələrində təşkili yer alır.

Görüşdə Polimer Materialları İnstitutunun elmi-tədqiqat fəaliyyətinin sənaye ilə inteqrasiyası da müzakirə olunub. Bildirilib ki, yüksək möhkəmliyə, aşağı yanma sürətinə və ekoloji təhlükəsizlik göstəricilərinə malik nanokompozit materialların hazırlanmasına dair layihələrin SOCAR Polymer-ə təqdim edilməsi nəzərdə tutulur. Bu layihələrin innovativ məhsulların istehsalına və tətbiqi tədqiqatların kommersiyalaşdırılmasına töhfə verəcəyi vurğulanıb.

SOCAR Polymer-in baş direktoru Fuad Əhmədov ali təhsil müəssisələri ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirərək, tədris, istehsalat təcrübəsi və tətbiqi elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib. 

Son xəbərlər

İdman
Bu gün, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Bu gün, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Bu gün, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Oxşar xəbərlər