Sumqayıt Dövlət Universitetinin (SDU) Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Şahdağ Milli Parkına ekskursiya edib. Bu haqda 11 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Ziyarət zamanı Biologiya və onun tədrisi metodikası kafedrasının müəllimləri Aysel Ağayeva və Aidə Qəhrəmanova bələdçilik ediblər. İştirakçılar burada qorunan bitki və heyvan növlərini, Azərbaycanın Qırmızı Kitabına düşmüş zubrları və nəcib maralları yaxından izləmək üçün Milli Parkın Buynuz kəndində yerləşən İsmayıllı bölməsində olublar.