Sumqayıt Dövlət Universitetinin (SDU) Debat klubu turnirdə iştirak edəcək. Bu haqda 17 avqust tarixində Sumqayıt24 xəbər verir.
“Karl’s secret” adlı açıq turnir avqustun 18-i saat 10:30-da keçiriləcək. Turnirdə klubu “Kimə qarşı” komandası təmsil edəcək. Komandanın spikerləri qismində Günay Ramazanova, Rövşanə Qasımova və Lamiyə Abdullayeva çıxış edəcəklər.