top
SDU-nun nümayəndələri Almaniyada ezamiyyətdə olublar
27 sentyabr 2022, 00:44
- ↺ +

SDU-nun nümayəndələri Almaniyada ezamiyyətdə olublar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Universitetinin nümayəndələri Almaniyaya səfər ediblər. Bu barədə Sumqayıt24 xəbər verir.

Rektor müşaviri, dosent Zəfər Hüseynov və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, baş müəllim Nərmin Həsənova nüfuzlu akkreditasiya qurumu ASİİN-də (Düsseldorf şəhəri) olublar. Ezamiyyətin məqsədi Mühəndislik fakültəsi üzrə 3 təhsil proqramının beynəlxalq akkreditasiyadan keçirilməsini müzakirə etmək, akkreditasiyadan öncəki prosedurla tanışlıq, özünüqiymətləndirmə hesabatlarının ASİİN qayda və təlimatlarına uyğun hazırlanması olub.

ASİİN-in icraçı direktoru Dr. İrinq Vasser və layihə meneceri Paulina Petraçenko ilə proqramların akkreditasiyasına aid müqavilə hazırlanıb. Həmçinin özünütəhlil hesabatlarının hazırlanması, agentliyə təqdim edilməsi və beynəlxalq ekspertlərin SDU-ya səfərinin tarixləri dəqiqləşdirilib.

Daha sonra nümayəndə heyətimiz Brandenburq Texniki Universitetinə (BTU) səfər edib. Görüşdə Metalkəsən dəzgahlar kafedrasının müdiri və Maşınqayırma, elektronika və elektrik sistemləri fakültəsinin dekan müavini prof. Dr. Silvia Simon, təhsil müəssisəsinin digər akademikləri, həmyerlilərimiz: BTU-nun doktorantı İlqar Abbasov və elmi işçisi Daşqın Turabov iştirak ediblər.

Səfər çərçivəsində BTU-nun ən son müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya və auditoriyaları ilə tanışlıq olub. Universitetlər arasında əməkdaşlıq barədə müzakirələr aparılıb. Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova SDU haqqında geniş videotəqdimatla çıxış edib.

Prof. Dr. Silvia Simon SDU-nun tələbələrini yayda Almaniyaya BTU-da təcrübə proqramlarında iştirak etməyə dəvət edib. SDU-nun nümayəndə heyəti də professoru Sumqayıtda mühazirələr aparmağa dəvət edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər