Azərbaycanda ən yaşlı və ən gənc rektorların siyahısı açıqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, siyahıda 44 yaşlı Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov da yer alıb. R. Əzizov 2023-cü il sentyabrın 13-də prezident İlham Əliyevin sərəncamı ilə rektor vəzifəsinə təyin edilib.
Cədvəldə 83 yaşlı Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev liderlik edir. İkinci pillədə 81 yaşlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov qərarlaşıb. İlk üçlüyü isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 71 yaşlı Gülçöhrə Məmmədova bağlayır.