Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədr seçkiləri uğurla yekunlaşıb. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Elan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən edilib. Universitetin tələbələri arasında aparılan səsvermənin nəticəsində Rəvan Paşayev səs çoxluğu ilə sədr seçilib.