Sumqayıt Dövlət Universitetinin (SDU) kafedralarına yeni müdirlər seçilib. Sumqayıt24 bu haqda 12 iyul tarixində xəbər verir.
Fizika üzrə fəlsəfə doktoru dosent Xəyalə Əliquliyeva Energetika kafedrası, Professor Cavanşir Məmmədov Avtomatika və mexanika kafedrası, fizika üzrə fəlsəfə doktoru dosent Gülnarə Quliyeva isə Fizika kafedrasına rəhbərlik edəcəklər.