Sumqayıt Dövlət Universitetində (SDU) təkrar qiymətləndirmə aparılacaq. Sumqayıt24 bu haqda 29 noyabr tarixində xəbər verir.
Təhsildə Keyfiyyət təminatı üzrə Dövlət Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda seminarda çıxış edib. O bildirib ki, bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb.
SDU-da aparılan monitorinqlərdə isə müəyyən çatışmazlıqlar yaranıb. Onların aradan qaldırılması üçün bir il vaxt verilib.