Sumqayıtda fəaliyyət göstərən “SOCAR karbamid” zavodu qeyri-neft sektorunda ölkənin ən önəmli investisiya layihələrindən biridir. Bu barədə İqtisadiyyat Nazirliyinin rəsmi Facebook səhifəsində deyilir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan zavod son 3 ildə karbamid gübrəsinin satışını 3 dəfə artırıb və təxminən 372 min tona çatdırıb. Ötən il isə zavodun gəlirləri 6 dəfə artaraq 223 milyon manat təşkil edib.
Burada istehsal olunan gübrənin 87%-i Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.