"SOCAR Polymer" MMC 253,4 milyon dollarlıq məhsul ixrac edib. Sumqayıt24 bu haqda 30 noyabr tarixində Fed.az-a istinadən xəbər verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yanvar-oktyabr ayları üzrə hesabatına əsasən, şirkət qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, həmin göstəricinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 89,6 milyon dollar və ya 54,7% çoxdur.