"SOCAR Polymer" MMC-nin ixrac gəlirləri artıb. Bu haqda 1 noyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Cari ilin yanvar-sentyabr aylarında MMC 231,6 milyon dollar dəyərində məhsul ixrac edib. Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 85,3 milyon dollar və ya 58,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "SOCAR Polymer" 146,3 milyon dollar dəyərində məhsul ixrac edib.