Sumqayıt şəhəri üzrə STEAM layihəsinə cəlb olunan şagirdlərin sayı bəlli olub. Bu haqda 21 oktyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Layihə Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 10 ümumtəhsil məktəbini əhatə edib. Sumqayıt şəhəri üzrə 2615 şagird STEAM layihəsinə cəlb edilib.
STEAM təhsil metodu şagirdlərə beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.