Sumqayıt Tibb Mərkəzində (STM) diaqnostik amniosentez proseduruna start verilib.
Sumqayit24.az xəbər verir ki, 1 nömrəli Xəstəxananın Doğum şöbəsinə 2004-cü il təvəllüdlü şəxs müraciət edib. 25 həftəlik hamiləlik səbəbilə müraciət edən şəxsə tək döl, dölün bətndaxili inkişaf qüsuru diaqnozu təyin edilən pasiyent üzərində diaqnostik amniosentez proseduru icra edilib.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan pasiyent ambulator müalicə üçün evə buraxılıb.