Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qəbul keçirib.
Sumqayit24.az xəbər verir ki, görüşdə STM-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinin işirakı ilə 15 vətəndaşın müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerindəcə həll olunub.
Digər problemlərin araşdırılması və həlli məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.