Sumqayıt Tibb Mərkəzinin (STM) şöbə müdiri təltif edilib. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov STM-in Tibb bacıları şöbəsinin müdiri Qızılgül Bünyatovanı Təşəkkürnamə ilə təltif edib. Təşəkkürnamə Q. Bünyatovaya Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin “TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbul layihəsi”nin “Təlim Proqramı”nda peşəkar və səmərəli fəaliyyətinə görə təqdim olunub.