Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin əməkdaşları şəhid Əlizamin Mustafalının ailəsini ziyarət ediblər. İdarənin əməkdaşları ailənin qayğıları ilə maraqlanıblar. Bu haqda bu gün, 26 yanvar tarixində AZƏRTAC məlumat yayıb.
Şəhid Ə.Mustafalı 1997-ci il sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub. O, Hadrut-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 21 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.
Mustafalı ölümündən sonra “Xocavəndin, Füzulinin və Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.