Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında sintetik torların yığışdırılması həyata keçirilib. Bu haqda 10 may tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılıb. Ümumilikdə ölkə üzrə 1000 metr uzunluğunda 36 ədəd sintetik tor götürülüb.