Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Sumqayıt24 bu haqda bu gün, 15 mart tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Keçirilən yoxlama zamanı brakonyerin şəhər sakini Bəhruz Əlibabayev olduğu müəyyən edilib. Digər əməliyyat zamanı daha bir brakonyer Yevlax rayon sakini Pərviz Hüseynov da saxlanılıb.
“Ayrı-ayrı inzibati rayonların ərazilərindəki su hövzələrində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 525 metr uzunluğunda sintetik tor yığışdırılıb”, - xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.