Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin xilasediciləri tərəfindən evin giriş qapısı açılıb və nəzarətsiz qalmış uşaq xilas edilib.