Sumqayıt-Bakı qatarında gecikmə yaranıb. Bu haqda bu gün, 4 iyul tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, gecikmə sürət qatarının texniki nasazlığı nəticəsində baş verib. Qatar Sumqayıt dəmir yolu stansiyasından Bakıya 08:00-da çıxmalı idi.
Sərnişindaşıma qrafik üzrə təyin edilən vaxtdan 10 dəqiqə sonra bərpa edilib.