Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirilib. Sumqayıt24 bu haqda 9 may tarixində Den.az-a istinadən xəbər verir.
İcra Hakimiyyəti və Abşeron–Xızı Regional Təhsil İdarəsinin təşkil etdiyi tədbirə icra qurumunun əməkdaşları, məktəb direktorları və şagirdlər qatılıblar. Bulvar ərazisində 101 ədəd zeytun və müxtəlif növ digər ağac əkilib. Ərazidə abadlıq işləri aparılıb, yeni əkilən tinglər suvarılıb, digər ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiya ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunub.