top
Sumqayıtdan məşqçiyə xəbərdarlıq - Avropaya getməsək, sən gedəcəksən!
03 mart 2026, 15:00
- +

"Sumqayıt"dan məşqçiyə xəbərdarlıq - Avropaya getməsək, sən gedəcəksən!

Ötən ilin iyulunda "Sumqayıt" futbol klubunun sükanı arxasına keçən Saşa İliçin burada fəaliyyətini davam etdirib-etdirməməsi qazanacağı nəticələrdən asılıdır.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi artıq ona müvafiq xəbərdarlığını edib. Serbiyalı mütəxəssis komandanı avrokuboklara daşımalıdır ki, onunla yeni müqavilə imzalansın. Bunun üçün iki yol var – Premyer Liqa və ölkə kuboku.

Hələlik "kimyaçılar"ın hər iki "cəbhə" vasitəsilə qitə arenasına çıxmaq şansı var. "Gənclik şəhəri" təmsilçisi kubokun 1/4 final mərhələsində "Zirə"nin rəqibidir. Premyer Liqada 22 tura 31 xal toplamış komanda hazırda turnir cədvəlinin altıncı pilləsindədir.

"Sumqayıt" balkanlı çalışdırıcı ilə 1 illik müqavilə imzalayıb. Şər deməsən, xeyir gəlməz - qarşıya qoyulan hədəfə çatmaq mümkün olmasa, o, iyunda geri dönməmək şərtiylə ölkəsinə qayıtmaq məcburiyyətində qalacaq.

İliçin baş məşqçi kimi ilk iş yeri "Çukariçki" olub. 2021/22 mövsümünün əvvəlində komandanın başına gətirilib, apreldə qovulub.

Növbəti mövsümün əvvəlində - 2022-nin iyununda Sofiya ÇSKA-sının sükanı arxasına keçən mütəxəssisin ən uzunmüddətli iş yeri elə buradır.

2023-ün iyulunda Bolqarıstan klubundan da ayrılıb. Amma işsiz günləri o qədər də uzun sürməyib. 2023-ün oktyabrından Yunanıstanda - "Atromitos"da işləməyə başlayıb.

"Atromitos" mövsümü 8-ci yerdə bitirib və İliç ötən ilin mayında Yunanıstandan ayrılıb, amma cəmi iki gün sonra Rusiyada görünüb.

Nijni-Novqorod təmsilçisi "Pari" ilə müqavilə bağlayıb. "Pari" sezonun sonunda 13-cü yeri tutub, pley-offda isə "Soçi"yə uduzmaqla premyerliqada yerini itirib.

Ancaq soydaşımız Tufan Sadıxovun sahibi olduğu "Ximki" elitadan qovulduğundan, "Pari" çempionatda qalıb. Bununla belə, klub rəhbərliyi onunla yoluna davam etməyib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Dünən, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Dünən, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Dünən, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Dünən, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
22 sentyabr 2026, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
22 sentyabr 2026, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
22 sentyabr 2026, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
22 sentyabr 2026, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Oxşar xəbərlər