“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası davam edir. Sumqayıt24 bu haqda 9 oktyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasından və Astara rayonunun Kakalos, Şiyəkəran kəndləri ərazisindən keçən hissəsindən 390 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb.
ETSN vətəndaşları aksiyada daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə qurumun rəsmi sosial şəbəkə hesablarına, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırır.