Sumqayıtda hotellər üçün təlimlər təşkil olunub.
Sumqayit24.az xəbər verir ki, təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış Dayanıqlılıq Təlimatları əsasında tərtib olunub və Əməliyyat Şirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Tədbirlər yerli hotel sektorunun dayanıqlılıq sahəsində potensialının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda COP29 qlobal iqlim konfransı keçiriləcək.