Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılmış məlumatlara münasibət bildirib. Sumqayıt24 bu haqda 19 sentyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
Bəzi kütləvi informasiya vasitələrində Apellyasiya Məhkəməsinin hakimi kimi təqdim edilən Şəmsəddin Abasovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Həmçinin Məhkəmə-Hüquq Şurasının bu məsələni araşdırmadığı iddia olunur.
Məhkəmədən cavab olaraq bildirilib ki, adıçəkilən şəxs hazırda hakim kimi fəaliyyət göstərmir. O, bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib:
“Cari ilin mart ayında hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar Şəmsəddin Abasovun səlahiyyətlərinə xitam verilib. Bu baxımdan media nümayəndələrini dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”.