Azərbaycan Hakimlərinin Konfransı keçirilib. Sumqayıt24 bu haqda 21 iyun tarixində Məhkəmə-Hüquq Şurasına istinadən xəbər verir.
Konfransda ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakim iştirak edib. Tədbirdə ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılıb, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilib, hesablama komissiyasının sədri və üzvləri seçiliblər.
Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülüb.
Namizədlər ətrafında müzakirələr aparılaraq, açıq səsvermə yolu ilə seçkilər keçirilib.
Seçkilərin nəticələrinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının üzvlərindən biri olub.