top
Sumqayıt məktəbində rüşvət iddiası: direktor 50 manat yığır
23 iyun 2023, 02:18
- ↺ +

Sumqayıt məktəbində rüşvət iddiası: direktor 50 manat yığır

N. Tusi adına 12 nömrəli məktəbdə pul yığıldığı iddia olunur. Sumqayıt24 bu haqda 23 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.

Bildirilir ki, məktəbin direktoru siniflərin ikinci növbədən birinci növbǝyǝ keçirilməsi üçün şagirdlərdən “şirinlik” toplayır:

“Sinifdə hər şagirddən 50 AZN tələb edilir. Bir sinifdə 38 şagird olarsa, 1900 manat rahatlıqla yığılır. Çox təəssüf ki, məktəblərdə təhsil əvəzinə, şagirdlərə rüşvətxorluq öyrədilir. Uşağın məktəbə yerləşdirilməsindən tutmuş, bütün tədbirlərin keçirilməsinə qədər hər bir şey üçün rüşvət tələb olunur. Açıq bazardır. Hətta WhatsApp qrupları yaradılır və rüşvət yığılır”.

12 nömrəli təhsil ocağından şikayətçi olan valideyn Cəmil Şeydayev açıqlamasında deyib ki, övladının təhsili üçün əlindən gələni edir, lakin rüşvət vermək fikri yoxdur:

“Mənim övladım həmin məktəbin 4-cü sinfində oxuyur. Bu il 5-ci sinfə keçir. Valideynlər arasında qrup yaradıblar. Həmin qrupda paylaşıblar ki, siniflərin növbəsini dəyişdirmək istəyənlər hər şagird üçün 50 manat verməlidirlər. Əvvəlcə 35 manatdan razılaşmışdılar, sonra dedilər ki, yox, azdır. Valideynlərə deyirlər ki, yaxşı müəllimlərimizi birinci növbəyə keçirmişik. Kim ki pulu verəcək, onun uşağı birinci növbədə olan sinfə keçiriləcək. Kim ki pul verməyəcək, o uşaq ikinci növbədə olan siniflərdən birinə keçiriləcək. Valideynlərin bir qisminə uşağının səhər növbəsi məktəbə getməsi sərf edir, bir qisminə isə yox. Mənim üçün önəmli olan uşağımın normal təhsil almasıdır. Bu qədər olmaz axı, hər şey üçün pul istəyirlər. Uşaqlara deyirlər ki, gedin özünüzə sinif tapın.

Məktəb direktoru valideyn komitəsinin sədrinə deyir, o da valideynlərə. İndi gedib direktora desək ki, pul yığırsınız, deyəcək, yox. Mən bu məsələ ilə bağlı sosial şəbəkələrdə də paylaşım etmişəm. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələni görüb, araşdıracaqlar. Belə nə qədər davam edə bilər? Dövlət məktəbinə də pul verəcəyəmsə, elə uşağı çıxarıb özəl məktəblərdən birinə qoyaram, aylıq, illik də müəyyən məbləğ ödəməli olduğumu bilərəm”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

İki min yerlik Saray məktəbində altı min şagird oxuyur? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:59

ABŞ ordusunda xidmətə başlayan sumqayıtlı xanım - MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 17:57

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

İdman
Bu gün, 17:20

"Sumqayıt" ev oyunlarını "SOCAR Polymer Arena"da keçirəcək

İdman
Bu gün, 16:50

"Sumqayıt"ın prezidenti futbolçu ilə "prinsipə girib"? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

"Uşaqları məktəbə apara bilmirik" - Ceyranbatanda acınacaqlı vəziyyət

Bütün xəbərlər
Bu gün, 15:57

Tanınmış pedaqoq sumqayıtlıların təhsildəki uğurunun SİRRİNİ AÇDI: "Əsas səbəb valideynlərdir" - MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 15:45

Sumqayıdakı bu şirkət "qara siyahı"ya salındı

Bütün xəbərlər
Bu gün, 15:10

"Yeni yol"da işıq dirəkləri yenilənir

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtdakı müəllimlər ixtisasartırma təlimlərinə qatılırlar

Bütün xəbərlər
Bu gün, 14:05

Sumqayıtda sabah leysan yağa, şimşək çaxa bilər

Bütün xəbərlər
Bu gün, 13:35

Sumqayıtda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtın adı əsrlər əvvələ gedib çıxır

Bütün xəbərlər
Bu gün, 12:22

Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Kriminal
Bu gün, 11:50

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:20

Ceyranbatanda toyda dava: ÖLƏN VAR

Bütün xəbərlər
Bu gün, 10:45

Sumqayıtda arvadını öldürən qazi imiş - detallar

Bütün xəbərlər
Bu gün, 10:15

"Stansiya Sumqayıt"da evdə partlayış - Səbəbi dezodorant olub?

İdman
Bu gün, 09:54

Sumqayıtlı cüdoçular dünya çempionatında tatamiyə çıxacaq

Bütün xəbərlər
Bu gün, 09:43

Sumqayıtın təhsil işçiləri təltif olunub

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda yol qəzası - ölən var

Bütün xəbərlər
Bu gün, 08:00

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 9-cu günündə BAŞ VERƏNLƏR - XRONİKA

Oxşar xəbərlər