"Sumqayıt Nəqliyyat" MMC-də yeni təyinat olub. Sumqayıt24 bu haqda 21 may tarixində xəbər verir.
Şirkətin direktor vəzifəsi Məzahir Piriyevə həvalə olunub. O, Sirac Səfərovu əvəz edib.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə qeydiyyata alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.