Sumqayıt şəhərində "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası keçiriləcək. Bu barədə 13 avqust tarixində İB-yə istinadən xəbər veririk.
Aksiya avqustun 15-i saat 12:00-da “Kimyaçı” Mədəniyyət Sarayında baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq öz şikayət və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Adıçəkilən mədəniyyət sarayı Şəmsi Bədəlbəyli, 8 ünvanında yerləşir.