Sumqayıtda əmək yarmarkası keçiriləcək. Bu haqda 21 iyun tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat veririk.
Yarmarka 23 iyun saat 11:00-13:00 aralığında “Sumqayıt Plaza Hotel”də təşkil olunacaq. Burada 25-dən artıq müəssisə tərəfindən 200-dən artıq vakansiyanın çıxarılması nəzərdə tutulub. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan: Sülh küçəsi, 26.