Sumqayıtda həyətyanı ərazidə yanğın olub. Sumqayıt24 bu haqda 2 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün günorta saatlarında baş verib. Nəticədə 120 kv.m sahədə quru ot, qamışlıq və ağaclar qismən yanıb. Həmçinin 1 nəfər yanıq xəsarəti alıb. Sahədəki tikililər mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.