Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 55 yaşlı Q.Məmmədova saxlanılıb. O, şəhər sakininin 3000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırmalar aparılır.