Sumqayıt sakininin idarə etdiyi yük avtomobili Biləsuvarda qəzaya uğrayıb. Bu haqda 12 may tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. Sumqayıt şəhər sakini Kənan Kəlbiyevin idarə etdiyi qumdaşıyan yük maşını idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.