Sumqayıt ŞİH-in başçısı növbəti səyyar qəbul keçirib. Bu haqda bu gün, 1 iyul tarixində İH-nin saytına istinadən xəbər veririk.
Zakir Fərəcov vətəndaşlar ilə 21-ci mikrorayon ərazisində görüşüb. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırmaya ehtiyacı olan məsələlər isə aidiyyəti qurumların rəhbərlərinə yönəldilib.