Sumqayıt Dövlət Dram Teatrı Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlayır. Bu haqda 3 may tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Mədəniyyət ocağının direktoru Samir Şəfiyev və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov gənc rejissor Fuad Cavadzadə və yaradıcı heyətlə görüşüblər. Görüşdə Vətən müharibəsi ilə bağlı əsərlərin aktuallığı vurğulanıb, məşq prosesinə aid məsələlər müzakirə olunub.
Tamaşanın premyerası iyun ayına planlaşdırılır.