top
Sumqayıt teatrının rejssoru Dərbənddə səhnə hazırlayıb
28 noyabr 2024, 01:55
- +

Sumqayıt teatrının rejssoru Dərbənddə səhnə hazırlayıb

Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan teatrı adına bir bayram yaşanıb. Qədim diyarda fəaliyyət göstərən Azərbaycan Dövlət Dram teatrında Süleyman Sani Axundovun “Tamahkar” tamaşasının premyerası olub. Əsəri səhnə üçün Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov hazırlayıb.

Dərbənd Azərbaycan teatrında çoxdan idi ki, belə qələbəlik yaşanmamışdı. Azərbaycan mədəniyyətini sevən hər kəs həmin axşam tamaşanı seyr etmək üçün zala toplaşmışdı. Burda azərbaycanlılarla birgə rus, ləzgi və digər xalqların nümayəndələri də vardı. Teatr onlar üçün birbaşa olaraq rus dilində sinxron tərcümə də təşkil eləmişdi. Qeyd edək ki, səhnə əsərindəki mahnılara yazılan şeir parçaları da quruluşçu rejissora məxsusdur.

Xalqqazeti.az-ın əməkdaşı Dərbənddən yenicə qayıdan Firudin Məhərrəmovla Sumqayıt teatrında görüşüb, onunla həmsöhbət olub.

Firudin Məhərrəmov bəxtinə Mədəniyyət və İncəsənət Universitetində Mehdi Məmmədov, Azər Paşa Nemətov kimi ustadlardan dərs almaq düşən tələbələrdən olub. Ömrünün yarıdan çoxunu doğma teatrda keçirib. 1997-ci ildən Sumqayıt Dövlət Dram Teatrının baş rejissorudur. Kulturoloq Hafiz Ataxanlının onun həyat və yaradıcılığına həsr etdiyi yeni “Altıncı hücrənin remarkası” kitabında da göstərildiyi kimi, həyatını bu sənət məbədindən kənarda təsəvvür edə bilmir. İndiyədək burada 55, ümumiyyətlə isə, 80 tamaşaya uğurlu quruluş verib, 30-dək səhnələşdirdiyi yubiley təqdimatı olub. Neçə-neçə film ssenarisi yazıb. İllərdir ki, o, Sumqayıtda keçirilən dövlət səviyyəli tədbirlərin ssenari müəllifi və quruluşçu rejissoru kimi də yorulmaz fəaliyyət göstərir. Sırf sənət uğurlarına gəlincə, dəfələrlə beynəlxalq festivalların qalibi olub. “Tərəqqi”, “Teatr xadimi”, “Sənətkar” medalları ilə, 2 dəfə “Qızıl Dərviş” mükafatı ilə təltif edilib. Eyni zamanda Prezident mükafatçısı olan Xalq artisti yaradıcılığının ən parlaq dövrünü yaşayır.

– İlk sual "Firudin müəllim, “Tamahkar”ın Dərbənd “sərgüzəşti”ni necə dəyərləndirmək olar?" oldu.

– O, "Əvvəla onu deyim ki, dəvətlə getdiyim Dərbənddə Azərbaycan teatrı üçün tikilən yeni bina hələ istifadəyə verilmədiyindən “Tamahkar”ın premyerası Ləzgi Dövlət Dram teatrının binasında nümayiş olunurdu. Tamaşada milli koloritlə əhatə olunmuş hər bir oynaq, ritmik səhnənin seyrçi alqışları ilə mükafatlandırıldığını da fəxrlə bildirirəm. Musiqi və mahnı parçaları tamaşaya xüsusi ovqat qatırdı. Orada hər an hamı tərəfindən özümə qarşı bir doğmalıq hiss edirdim", – deyə cavab verdi.

– Əvvəllər də sizin başqa teatrlarda işləriniz uğurla səhnəyə qoyulub. Bəs, Dərbənd teatrının tamaşaya cəlb olunan aktyor heyətinin oyunundan necə, razı qaldınızmı?

– Bəli, istedadlı sənətçilərdir. Tamaşada rolları teatrın aktyorlarından Hörmət Aslanov, Əli Ağalarov, Səidə Əliyeva, Sərxan Səmədov, Dağıstan Respublikasının əməkdar artistləri Əfsanə Məlikova, Məhərrəm Ömərov, Rəhilə Ömərova, Mahir Məlikov, Əlimovsüm Abbasov ifa edirdilər. Hər biri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Tamaşa qədim şəhərin ictimaiyyəti tərəfindən Dərbənd Azərbaycan teatrının böyük uğuru kimi dəyərləndirildi.

– Bir neçə kəlmə də rəhbərlik etdiyiniz Sumqayıt teatrındakı son işlər barədə məlumat verərdiniz.

– Bildiyiniz kimi, bu günlər Sumqayıtın 75 yaşı qeyd olunur. Yubileylə bağlı teatrımızda Əməkdar incəsənət xadimi Əli Əmirlinin şəhərin tarixindən, quruculuq salnaməsindən bəhs edən “Sevgilim Sumqayıt” tamaşası hazırlanıb və repertuarımızda önəmli yer tutur. Son işlərdən biri də elə həmin müəllifin 44 günlük Vətən müharibəsində Qələbəmizi tərənnüm edən “Xeyir xəbər” tamaşasıdır. Bu əsər rejissor Fuad Cavadzadənin quruluşunda yenicə nümayiş olunub.

Onu da xatırladım ki, bu il həm də bizim teatrımızın 55 illidir, yəni ikiqat bayram ovqatındayıq. 8 noyabr – Zəfər Günü münasibətilə Hafiz Ataxanlının qələmə aldığı, mənim quruluş verdiyim “Missiya” mistik qəhrəmanlıq dramı uğurla nümayiş etdirildi. İfaçılarımızı hər kəs ayaq üstə alqışlayırdı. S.Mrojekin “Mühacirlər" əsəri əsasında rejissor Ümid Abbasın quruluş verdiyi “Mənfi 1” tamaşası da uğur siyahımıza yazıla bilər. Növbədə Kamran Nəzirlinin “Narkoman” əsərinin tamaşasıdır, ayın sonunda oynanılacaq. Kiçik yaşlı tamaşaçılar üçünsə “Sehrin gücü” hazırlanıb. Repertuarımızda bir sıra başqa əsərlər də yer alıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:00

Geomaqnit qasırğası gözlənilir

Bütün xəbərlər
Dünən, 18:20

Pünhan Piriyev: "Deyirlər, Sumqayıt əhlinə hörmətsizlik etmişəm"

Bütün xəbərlər
Dünən, 17:43

Sumqayıtda biabırçı mənzərə: xəstəxananı su basdı

Bütün xəbərlər
Dünən, 17:24

Sumqayıtda qəzalı xəstəxananın yerində yeni tibb müəssisəsi inşa ediləcək

Bütün xəbərlər
Dünən, 17:01

Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sumqayıtda mötəbər tədbir keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıt təhsilinə ağır itki…

Bütün xəbərlər
Dünən, 16:16

Sumqayıtda qəza - Yaralananlar var

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda külək güclənəcək - HAVA PROQNOZU

İdman
Dünən, 15:02

Sumqayıtlı ata-oğul dünya çempionu oldular

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtda 4 maşın toqquşdu - Yaralananlar var

İdman
Dünən, 14:20

"Qara brilyant"ın ilk müəllimi Rafael Məmmədov çempion oldu

Bütün xəbərlər
Dünən, 13:41

Kanalizasiya daşdı, içməli su yararsız oldu – Sumqayıtda narazılıq

Bütün xəbərlər
Dünən, 13:00

Vaqif Cavadov: "Dünya Çempionatında iz qoymaq istəyirik"

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtda tanışını döyərək öldürən şəxslə bağlı qərar dəyişmədi

Bütün xəbərlər
Dünən, 11:40

Sumqayıt məktəblisi İngiltərədə universitetə qəbul oldu

Bütün xəbərlər
Dünən, 10:56

Berlində bayrağımızı yüksəldən sumqayıtlılar

Bütün xəbərlər
Dünən, 10:16

Sumqayıtlı ilə sevgili olan polşalı xanım 25 min dollar ziyana düşdü

Bütün xəbərlər
Dünən, 09:34

Gecə saatlarında Sumqayıtda ağır qəza olub

Bütün xəbərlər
26 aprel 2026, 18:00

Sumqayıtda "düşən ulduzları" izləyə biləcəksiniz

Bütün xəbərlər
25 aprel 2026, 17:58

Piyada səkisi yoxsa piyada sınağı? - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
25 aprel 2026, 16:54

Gələn həftə rayona getmək istəyən sumqayıtlıların nəzərinə

Bütün xəbərlər
25 aprel 2026, 15:58

Problemlərlə "yaşlanan" Sumqayıtda bir küçə…

Bütün xəbərlər
25 aprel 2026, 14:44

Sumqayıtda sakinləri qorxuya salan REAL TƏHLÜKƏ

Oxşar xəbərlər